...

Xətai rayonunda şəhid ailələri ziyarət edilib (FOTO)

Gündəm Materials 9 İyul 2022 12:56 (UTC +04:00)
Xətai rayonunda şəhid ailələri ziyarət edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Artıq iki ilə yaxındır ki, ölkəmizdə bütün tarixi günlər, bayramlar Zəfər ovqatında qeyd edilir. Bu Qələbənin qəhrəmanları olan şəhidlərimizin ailələri ziyarət olunur

İyulun 8-də Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsi ilə partiyanın rayon təşkilatlarının əməkdaşlarının İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət etmələri də bu ənənənin davamıdır.

Şəhid ailələrinin evlərində olan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və təşkilatın əməkdaşları onları bayram münasibətilə təbrik edib və bayram sovqatlarını çatdırıblar.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Qələbəmizin qürurunu yaşamaqla yanaşı, bizlərə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarımız tariximizin Zəfər səhifəsini yazdılar. Onların döyüş yolu indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbidir. Şəhidlərimiz öz həyatlarını qurban verərək bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Düşmənin gözünə dik baxaraq torpaqlarımızı işğaldan azad etmək üçün canlarından keçən belə vətənpərvər oğullarımız tariximizin qəhrəmanları kimi həmişə ehtiramla yad ediləcəklər. Onları unutmağa heç birimizin haqqımız yoxdur.”

Vüqar Rəhimzadə və rayon təşkilatının əməkdaşları şəhidlərin valideynlərinin onlar üçün yaratdıqları ev- muzeylərində olaraq həyat yollarını vərəqləyib, Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması yolunda canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildiriblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti