Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1680 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 013, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 781 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 486, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 459 nəfər təşkil edir.