...

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb

Gündəm Materials 21 İyul 2022 10:34 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti