...

ABŞ Almaniyaya "F-35" qırıcıları və döyüş sursatlarının satışına razılıq verib

Gündəm Materials 29 İyul 2022 03:54 (UTC +04:00)
ABŞ Almaniyaya "F-35" qırıcıları və döyüş sursatlarının satışına razılıq verib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Almaniya hökumətinə "F-35" döyüş təyyarələri, sursat və müvafiq avadanlıqların mümkün satışına razılıq vermək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik İdarəsi bildirib.

Məlumata əsasən, bu müqavilələrin ümumi məbləği 8,4 milyard dollar təşkil edəcək.

Almaniya, bu məlumatlara görə, 35 ədəd "F-35" təyyarəsi, eləcə də onlar üçün 37 mühərrik alınmasını istəyib. Sorğuya, həmçinin qırıcılar üçün komponentlər və proqram təminatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti