...

Ərdoğan Nobel Sülh Mükafatına namizəd olmağa layiqdir - ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri

Gündəm Materials 31 İyul 2022 07:20 (UTC +04:00)
Ərdoğan Nobel Sülh Mükafatına namizəd olmağa layiqdir - ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sabiq müşaviri Dov S. Zakhaym Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna taxılının ixracı və immiqrasiya sahəsindəki siyasi uğurlarına diqqət çəkərək, R.T.Ərdoğanın namizədliyinin Nobel Sülh Mükafatına namizədliyə layiq olduğunu bildirib.

Trend-in məlumatına görə, müxtəlif analatik mərkəzlərində işləməyə davam edən Zakhaym “The Hill” qəzetinə “Türkiyə prezidenti Ərdoğanın qələbəsi” başlıqlı məqalə yazıb.

Müəllif bu məqalədə vurğulayıb ki, R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək, Qara dənizdən taxıl ixracı məsələsində Rusiya və Ukrayna arasında kompromis əldə edib. O, Ukrayna limanlarından taxılın çatdırılmasına icazə verən razılaşmada vasitəçilik edə bilib.

Zakhaym qeyd edib ki, Ukraynadakı vəziyyət nəticəsində dünyada milyonlarla insan aclıq təhlükəsi ilə üzləşib. Bu, kütləvi aclıq təhlükəsi yaratdı.

"İstanbulda imzalanan taxıl daşınması müqaviləsi sayəsində Rusiya həm də ərzaq və gübrə ixrac edə bilər. Bu müqavilə bir çox insanın həyatını xilas etdi", - deyə Zakhaym yazıb.

Türkiyə prezidentinin İstanbulda taxıl müqaviləsinin imzalanmasındakı roluna görə yüksək qiymətləndirildiyini qeyd edən Zakhaym əlavə ediv: “Şübhəsiz ki, taxıl müqaviləsi Türkiyə prezidentinin böyük bir qələbəsidir”.

R.T.Ərdoğanın həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamaqla mümkün olmayanı etdiyini vurğulayan Zakhaym yazır: “Ərdoğan ən azı Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti