...

Azad edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqələri layihələndirilir - Anar Quliyev

Gündəm Materials 5 Oktyabr 2022 14:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qısa müddət ərzində Komitə tərəfindən işğaldan azad olunmuş bütün regionun Ümumi Planının hazırlanması təmin edilib, Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi hazırda davam etdirilir.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və s. bu kimi məsələlər prioritet götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti