...

"Root"un smartfona faydası və ziyanı

Gündəm Materials 6 Oktyabr 2022 13:56 (UTC +04:00)
"Root"un smartfona faydası və ziyanı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Smartfon istifadəçiləri günü-gündən artır. “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar bu gün çox populyardır. Bəs son dövrlərdə tez-tez eşidilən smartfonların “root” edilməsi nədir?

Trend-in məlumatına görə, “root” ingilis dilində "kök" deməkdir. “Android” əslində altsistemi “Linux” olan faydalı interfeysə malik bir əməliyyat sistemidir. “Root” isə “Linux” əməliyyat sistemlərində admin hesabdır (“Windows”da “Administrator” olduğu kimi). Təhlükəsizlik səbəbi ilə “Root” bütün "Android" telefonlarında bağlanır. Buna görə də, telefonun sistem fayllarına müdaxilə etmək mümkün olmur. Yalnız “Root” lu telefonlar istifadəçilərə daha çox imkanlarından məhdudiyyətsiz yararlanmağa imkan verir. Bu səbəbdən “Android” smartfonu olan istifadəçilər telefonlarının imkanlarını limitsiz etmək üçün “Root” edirlər. “Root” sayəsində telefonunuzu daha yaxşı idarə edə və telefonunuzun əsl performansını ortaya çıxara bilərsiniz. Eyni zamanda, siz “Root” və smartfonunuzdakı proqramlar arasında seçim edə bilərsiniz, istədiyinizi işə sala və ya imtina edə bilərsiniz.

“Root” ilə siz həmçinin cihazınızın açılış performansını artıracaqsınız. Eyni zamanda, “Root”lu smartfonlarda sistemin performansını artıra və batareyanın ömrünü gücləndirə bilərsiniz.

Siz həmçinin “Root” ilə telefonunuzdakı zavod proqramlarını və xüsusiyyətlərini silə bilərsiniz. “Android” əməliyyat sisteminizi telefonunuza asanlıqla quraşdıra və dərhal işə sala bilərsiniz.

Qısaca desək, “Root” sizə cihazda tam səlahiyyətlər verəcək.

“Root”un mənfi cəhətləri nələrdir?

Smartfonun proqram təminatına birbaşa müdaxilə edildiyi üçün bir çox istehsalçı bu proses nəticəsində zəmanəti ləğv edə bilər. Bununla belə, bir çox smartfonda “Root”-lu smartfonu xidmətə göndərməzdən əvvəl “Root”-dan çıxarmaq mümkündür.

“Root”lama ümumiyyətlə sadə və problemsiz bir proses olsa da, təcrübəsiz və diqqətsiz olsanız, telefonu daimi olaraq zədələyə bilərsiniz.

Proqram yenilənməsi avtomatik olaraq “Root” telefona göndərilə bilməz. Bu halda siz internetdən yeni proqramı yükləməli və özünüz quraşdırmalısınız.

Əgər siz təsadüfi proqram quraşdırıcısınızsa, yoluxmuş və ya casus tipli proqramlar quraşdırmısınızsa, onlar smartfonu adi haldan daha çox zədələyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti