...

44 günlük Vətən müharibəsinin xronikası: 7 oktyabr

Gündəm Materials 7 Oktyabr 2022 00:04 (UTC +04:00)
44 günlük Vətən müharibəsinin xronikası: 7 oktyabr
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev "Euronews" və CNN-Türk televiziyalarına müsahibə verib.

- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

- Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.

- Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb.

- Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlik işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən videogörüntülər yayıb.

- Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə , Ağdam, Ağcabədi, FüzuliCəbrayıl rayonlarının kəndlərini atəşə tutulub.

- Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb və videogörüntülərini yayıb.

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şəybəy kəndinin görütülərini yayıb.

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.

- Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

- Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti