...

Qarabağı gəzərkən erməni vandalizminin şahidi olduq - Türkiyəli səyyah

Gündəm Materials 31 Oktyabr 2022 17:19 (UTC +04:00)
Qarabağı gəzərkən erməni vandalizminin şahidi olduq - Türkiyəli səyyah
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Qarabağ torpaqlarını gəzərkən erməni vandalizminin şahidi olduq.

Bunu bazar ertəsi Trend-ə açıqlamasında Cəbrayılda səfərdə olan Türkiyə Səyyahlar Klubunun üzvü Selahettin Eyüpoğlu deyib.

O qeyd edib ki, vandallıq törətmək, zərər vurmaq ermənilərin xislətində var.

"Təəssüflər olsun ki, qərb onlara dəstək olur, etdiklərinə göz yumur. Ermənilərin məqsədi zərər verməkdir. Ona görə bu ərazilərə minalar basdırıblar. Lakin bunu bacara bilməyəcəklər. Ermənilərin Türkiyə və Azərbaycanla əlaqərinin yaxşılaşdırılması onların xeyrinə olar. Bunu başa düşməlidirlər", - deyə səyyah əlavə edib.

Qeyd edək ki, Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edib. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, "NomadMania"nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti