...

Azad olunmuş ərazilərə basdırılmış minalar insanların həyatı üçün ciddi təhlükə yaradır - Azər Allahverənov

Gündəm Materials 2 Noyabr 2022 16:22 (UTC +04:00)
Azad olunmuş ərazilərə basdırılmış minalar insanların həyatı üçün ciddi təhlükə yaradır - Azər Allahverənov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minalar hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Trend-in məlumatına görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda bu gün keçirilən konfransda deyib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən QHT-lər bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıblar.

"Azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanın həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas sütunlarından biridir”, - şura üzvü deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti