...

Qaradağda şəhid ailələri ziyarət edilib, Çeyildağ qəsəbəsində səyyar qəbul keçirilib (FOTO)

Gündəm Materials 4 Noyabr 2022 17:31 (UTC +04:00)
Qaradağda şəhid ailələri ziyarət edilib, Çeyildağ qəsəbəsində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etməyi, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılıb.

Bu gün - 4 noyabr 2022-ci il tarixində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid ailələri ziyarət olunmuşdur. Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunmuşdur.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsində 1994-cü ildə şəhid olmuş Səyavuş Əlimurad oğlu Muradovun büstünü ziyarət etdikdən sonra Çeyildağ qəsəbə sakinləri ilə səyyar görüş keçirmişdir.

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 60-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti