...

Zəfər Günü münasibətilə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi tərəfindən təntənəli tədbir keçirilib (FOTO)

Gündəm Materials 5 Noyabr 2022 12:50 (UTC +04:00)
Zəfər Günü münasibətilə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi tərəfindən təntənəli tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Zəfər Günü münasibətilə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi tərəfindən DTX-nın Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev və Birliyin üzvləri iştirak ediblər.

Tədbir Vətənimizin suverenliyi, Dövlətimizin təhlükəsizliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmış, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Birliyin sədri Fəxri Abasov Azərbaycan Respublikasının Müdafiə Nazirinin Birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin adından Zəfər Günü-nün ikinci ildönümü münasibətilə Birliyin fəxri sədri, polkovnik Şamil Süleymanova Fəxri Fərman təqdim edib.

Daha sonra çıxış üçün söz Birliyin üzvü Hamlet İsmayılova, Birliyin üzvü Elşad Həsənova, Birliyin fəxri sədri Şamil Süleymanova və Milli Məclisin deputatı Elnur Allahverdiyevə verilib.

Zəfər günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi tərəfindən Birliyin üzvləri Azər Quliyevə, Nigar Bəxtiyarovaya - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi Yubiley medalı, Etibar Babayevə - "Qüsursuz Xidmətə görə" III dərəcəli medalı təqdim olunmuşdur.
Birliyin rəhbərliyi tərəfindən Milli Məclisin deputatı Elnur Allahverdiyevə - "Mehdi Hüseynzadə" yubiley medalı, Birliyin yeni üzvlərinə vəsiqələr təqdim olunub.

Tədbirin sonunda 44-günlük Vətən Müharibəsi zamanı Dövlət Təhlükəsiliyi Xidmətinin icra etdiyi əməliyyatlar, qələbənin əldə olunması üçün həyata keçirdiyi fəaliyyəti haqda "Görünməyən Qəhrəmənlar - DTX" sənədli filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti