...

Abdurrahman Uzun İstanbul Sənaye Palatasına seçkilərdə qalib gəlib

Gündəm Materials 11 Noyabr 2022 17:31 (UTC +04:00)
Abdurrahman Uzun İstanbul Sənaye Palatasına seçkilərdə qalib gəlib

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) idarə heyətinin üzvü Abdurrahman Uzun İstanbul Sanaye Palatasına (İSO) seçkilərdə qalib gələrək, İSO Məclis üzvü seçilib.

Bu haqda Trend-ə bu gün MÜSİAD Azərbaycandan daxil olan məlumatda bildirilir.

A.Uzun bundan əvvəl MÜSİAD Azərbaycan idarə heyətinin sədri olub.

Qeyd edək ki, 1952-ci ildə qurulan İstanbul Sənaye Palatasının əsas məqsədi məlumat, təlim və məsləhət xidmətləri vasitəsilə üzvlərinin və Türkiyə sənayesinin cari və ya gələcək ehtiyaclarını təmin etməkdir.

İSO qeyri-hökumət təşkilatıdır və hazırda 2 mindən çox üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti