Bakı. Trend:
İsveçrənin Cenevrə şəhərində Cənubi Azərbaycanlılara dəstək məqsədilə aksiya keçirilir.
Trend-in məlumatına görə, aksiya BMT-nin Cenevrədəki daimi nümayəndiliyinin qarşısında keçirilir.
Qeyd edək ki, bu gün BMT İnsan Haqları Şurasının İran İslam Respublikasında pisləşən insan haqlarının vəziyyətinə dair xüsusi iclası keçirilir.
İclas Almaniya və İslandiyanıın müraciəti əsasında keçirilir.