...

İranda etirazlar zamanı 1700 azərbaycanlı gənc həbs edilib - İnsan Haqlarının Müdafiəsi Komitəsi

Gündəm Materials 30 Noyabr 2022 12:10 (UTC +04:00)
İranda etirazlar zamanı 1700 azərbaycanlı gənc həbs edilib - İnsan Haqlarının Müdafiəsi Komitəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranda sentyabrdan başlayan etirazlarda 1700 nəfər azərbaycanlı gənc həbs edilib.

Trend-in məlumatına görə, bunu Fransada yaşayan Ərk İnsan Haqlarının Müdafiəsi Komitəsinin sədri, əslən cənubi azərbaycanlı Jalə Təbrizli bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxış edərkən bildirib.

O qeyd edib ki, etirazlarda Cənubi Azərbaycandan olan bir gənc qız güllə ilə qətlə yetirilib.

“Ümumilikdə isə ildə təqribən iki-üç min cənubi azərbaycanlı fəal həbs edilir. İranda tutulan gənclərin ailələrini qorxudurlar ki, o gənclərin adlarını bizə - Ərk İnsan Haqları Müdafiə Komitəsinə verməsinlər. Biz BMT-də təmsil olunuruq və çəkinmədən sözümüzü deyə bilirik”,- deyə J.Təbrizli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti