...

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək

Gündəm Materials 16 Dekabr 2022 15:31 (UTC +04:00)
Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti