...

Əlillik dərəcəsi üçün 52 min nəfər müraciət edib - Anar Bayramov

Gündəm Materials 27 Dekabr 2022 15:53 (UTC +04:00)
Əlillik dərəcəsi üçün 52 min nəfər müraciət edib - Anar Bayramov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

52 min nəfər yeni meyarlarla əlillik dərəcəsi üçün müraciət edib. Komissiya heyəti meyarlara uyğun olaraq sənədlərə baxıb və müvafiq qərarlar verib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Bildirib ki, onlardan 14 min şəxsin əlillik dərəcəsi təsdiqlənib: "Digər şəxslərə ya imtina, ya da sənədlərin natamam doldurulması ilə bağlı müvafiq cavablar verilib. Əgər vətəndaş yekun nəticədən narazı olarsa, aidiyyəti üzrə müraciət edir və o müraciət araşdırılır. Bəzən xəstəni görmədən qeydlər edilir. Bu kimi anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə o, dəvət olunur, aidiyyəti üzrə əlillik dərəcəsini müəyyən edən ekspert və mütəxəssislər baxış keçirir. Bu zaman artıq yekun qərardan kimsə narazı qala bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti