...

Ötən il Bakıda 16 mindən çox cinayət hadisəsi qeydiyyata alınıb (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 18:32 (UTC +04:00)
Ötən il Bakıda 16 mindən çox cinayət hadisəsi qeydiyyata alınıb (FOTO)

Bakı. Trend:

2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87.3% təşkil edib.

Trend xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən Əməliyyat müşavirəsi zamanı bildirilib.

Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.

2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olub.

Xəbər lenti

Xəbər lenti