...

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin sabiq müşaviri yarım milyon mənimsəyib

Gündəm Materials 31 Yanvar 2023 19:17 (UTC +04:00)
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin sabiq müşaviri yarım milyon mənimsəyib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bildirilib ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və
banklardan biri təmsil olunur.

Təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə müvəkkilinin məhkəməyə qandalsız gətirilməsi barədə vəsatət verib.

Vəsatət təmin olunub.

Vəkil bildirib ki, məhkəmə baxışına xitam vürilsin və iş yenidən ibtidai istintaqa göndərilsin.

Vəsatət təmin edilməyib.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti