...

Laçın yolundan sülhməramlılara məxsus daha 5 maşın keçib (FOTO)

Gündəm Materials 2 Fevral 2023 10:27 (UTC +04:00)
Laçın yolundan sülhməramlılara məxsus daha 5 maşın keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn sülhməramlılara məxsus bir minik və dörd yük maşınından ibarət karvan Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazisindən maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 53 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti