...

FHN-in Türkiyəyə növbəti humanitar yardım göndərib (FOTO)

Gündəm Materials 10 Fevral 2023 03:22 (UTC +04:00)
FHN-in Türkiyəyə növbəti humanitar yardım göndərib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan xüsusi təyinatlı nəqliyyat vasitələri qardaş ölkəyə yola düşüb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verib.

Məlumata əsasən, FHN-in 16 ədəd nəqliyyat vasitəsilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti