...

Şuşada tullantıların idarə olunması üçün xüsusi texnika və konteynerlərin alınmasına dair müqavilə imzalanıb

Gündəm Materials 22 Fevral 2023 15:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Laçın. Trend:

Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satın alınmasına dair müqavilə imzalanıb.

Trend-in məlumatına görə, bunu "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayev Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun Laçında keçirilən iclasında deyib.

O bildirib ki, artıq müqavilənin icrasına başlanılıb və nümunə olaraq yeraltı konteynerlər təqdim olunub.

"Hazırda "Şuşa istismar təmizlik sahəsi"də 14 nəfər işlə təmin edilib. 2022-ci il ərzində 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb. İşğaldan azad edilmiş ərazlərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanması və "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"ya inteqrasiyası ilə bağlı hazırlanmış yekun hesabat Azarbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Bundan başqa, 9 rayonda - Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün), Ağdam, Tərtər, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyənləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti