...

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç (FOTO)

Gündəm Materials 28 Fevral 2023 16:51 (UTC +04:00)
Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç (FOTO)

Zəngilan. Trend:

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb.

Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün Zəngilana gəliblər.

44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.

Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti