...

BMT-nin sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrinin siyahısı təsdiqləndi

Gündəm Materials 7 Mart 2023 15:14 (UTC +04:00)
BMT-nin sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrinin siyahısı təsdiqləndi

Bakı. Trend:

Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısı təsdiq edilib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin 66 №-li Qərarına dair izaha əsasən, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə “Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı” təsdiq edilib.

Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standartların tətbiqinin effektivliyinin artırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti