...

Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı ocaqları oyatma ehtimalı yoxdur - Qurban Yetirmişli

Gündəm Materials 10 Mart 2023 11:20 (UTC +04:00)
Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı ocaqları oyatma ehtimalı yoxdur -  Qurban Yetirmişli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur.

Trend xəbər verir ki, bunu "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 km-dir.

"Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır. Bu birmənalı belədir”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Xəbər lenti

Xəbər lenti