...

BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 10 Mart 2023 17:51 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi yenidən Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus 8 minik və bir yük avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb.

Xatırladaq ki, səhər saatlarında da BQXK-ya məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə hərəkət ediblər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 89 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti