...

88 yaşını qeyd edən Şamil Süleymanov Yazıçılar Birliyinə üzv seçilib (FOTO/VİDEO)

Gündəm Materials 14 Mart 2023 17:10 (UTC +04:00)
88 yaşını qeyd edən Şamil Süleymanov Yazıçılar Birliyinə üzv seçilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Təhlükəsizlik orqanlarının veteranı, Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin fəxri sədri Şamil Süleymanovun 88 yaşı tamam olur.

Trend xəbər verir ki, eyni zamanda, bu günlərdə Şamil Süleymanov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

Bununla bağlı keçirilən tədbirdə, Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abbasov Şamil Süleymanovu təbrik edib, fəaliyyətində yeni uğurlar arzulayıb.

“Şamil Süleymanov Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin uzun illər sədri olub. Biz qərara gəldik ki, onun ad günündə toplaşaq, ona öz səmimi ürək sözlərimizi, təbriklərimizi çatdıraq. Bu günlərdə isə Yazıçılar Birliyindən xəbər gəldi ki, Şamil müəllim birliyə üzv seçilib. Bu xəbər hər birimizi sevindirdi”, - deyə F.Abbasov qeyd edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abduallayev də Şamil Süleymanovu təbrik edərək üzvlük vəsiqəsini təqdim edib.

Tədbirdə xüsusi xidmət orqanlarının veteranları çıxış edib, Şamil Süleymanova təbriklərini çatdırıblar.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin Şamil Süleymanova təbiriki oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti