...

Ermənilərin məscidlərimizi dağıtmasına baxmayaraq, erməni kilsəsi Bakının mərkəzi küçəsində qorunur - Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri

Gündəm Materials 16 Mart 2023 11:18 (UTC +04:00)
Ermənilərin məscidlərimizi dağıtmasına baxmayaraq, erməni kilsəsi Bakının mərkəzi küçəsində qorunur - Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər məscidlərimizi dağıtmasına baxmayaraq, erməni kilsəsi Bakının mərkəzi küçəsində qorunur.

Trend-in məlumatına görə, bu barədə bu gün Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirov "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Biz hər birimiz birləşərək insanlığa dəstək olmalıyıq. Dünya universitetlərində islamofobiya ilə bağlı dərslər keçirilməli, bunun mənfi təsirləri izah edilməlidir. Hər birimiz buna töhfə verməliyik”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti