...

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib (FOTO/VİDEO)

Gündəm Materials 26 Mart 2023 09:18 (UTC +04:00)
Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə "Kalaşnikov" pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "PK" markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti