...

Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir (VİDEO)

Gündəm Materials 28 Mart 2023 10:23 (UTC +04:00)
Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir (VİDEO)

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Xəbər lenti

Xəbər lenti