...

Yeniyetmə idmançını qətlə yetirən şəxsin məhkəməsi başladı

Gündəm Materials 11 Aprel 2023 16:37 (UTC +04:00)
Yeniyetmə idmançını qətlə yetirən şəxsin məhkəməsi başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsinin hazırlıq iclası keçirilib.

Trend-in məlumatın görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə səs-küy yaranıb.

Mərhum Turan Rüstəmovun anası təqsirləndirilən şəxsə qarşı ittihamlar səsləndirib.

Prosedə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədən zaman İdman Akademiyasında təhsil alırmış.

Daha sonra məhkəmə baxış iclasına təyin olunub.

Məhkəmə baxışı aprelin 25-ə təyin olunub.

Qeyd edək ki, 50-yə yaxın Tunar Rüstəmovun yaxınları, qohumları və dostları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Onlar ədalətli məhkəmə məhkəmə keçirilməsi, Tunatın qatilinə ömürlük cəza verilsin və digər şüarlar səsləndiriblər.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti