...

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

Gündəm Materials 14 Aprel 2023 17:25 (UTC +04:00)
Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb. O, bundan əvvəl SHXÇDX-nin Katibliyinin rəisi olub.

Xatırladaq ki,, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 8-də imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti