...

Radikal düşüncə və təfəkkürlü şəxslər məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır - Ceyhun Məmmədov

Gündəm Materials 2 May 2023 11:44 (UTC +04:00)
Radikal düşüncə və təfəkkürlü şəxslər məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir.

O vurğulayıb ki, ölkədə bu cür insanların sayı on minlərlədir.

“Dini fəaliyyət sahəsində də islahatları sürətləndirməliyik. Bu gün Azərbaycanın suverənliyi və müstəqilliyi üçün ən ciddi təhdidlərdən biri siyasiləşmiş və radikal islamdır. Ona görə də bunun qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır. Bu düşüncə və təfəkkürdə olan insanlar da bizim məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır. Bunu da kompleks tədbirlər şəklində həyata keçirilməliyik. Bu işlər davamlı şəkildə olmasa, zaman-zaman yenidən eyni problemlə üzləşəcəyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti