...

Ermənistanda əsir götürülmüş Aqşin Bəbirova ağır cəza verildi

Gündəm Materials 8 May 2023 17:34 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqşin Bəbirova hökm oxunub.

Trend bu barədə bazar ertəsi erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Ermənistan məhkəməsi Aqşin Bəbirovun 11,5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Digər hərbi qulluqçumuz Hüseyn Axundovun işi üzrə istintaq davam edir.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə əsgərimiz Hüseyn Axundovun erməni hərbçiləri tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotolar yayılmışdı. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub. Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb. Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti