...

“WhatsApp”-a mesaj redaktə funksiyası gəlib

Gündəm Materials 23 May 2023 09:47 (UTC +04:00)
“WhatsApp”-a mesaj redaktə funksiyası gəlib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”-a mesaj redaktə funksiyası gəlib. İstifadəçilər göndərilən mesajları “iMessage”, “Telegram” və digər mesajlaşma proqramlarındakı kimi redaktə edə bilərlər.

Trend-in məlumatına görə, “WhatsApp”-da göndərilən mesajı redaktə etmək üçün söhbətdə redaktə etmək istədiyiniz mesajı sıxıb saxlamaq və seçimlərdən “Düzənlə”nin üzərinə klikləmək kifayətdir. Telegram”-dan fərqli olaraq, onun vaxt məhdudiyyəti var. Redaktə mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində edilməlidir.

“WhatsApp” redaktə edilmiş mesajların göndərən tərəfində “redaktə edilmiş” etiketini göstərir. Redaktə yalnız mətn mesajlarına aiddir. Fotoşəkilləri, videoları, sənədləri paylaşarkən əlavə edilən şərhlər üçün redaktə seçimi yoxdur.

“WhatsApp” bütün dünyada “Android” və "iOS" istifadəçilərinə mesajların redaktə edilməsi funksiyasını tədricən yaymağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti