...

Nazim Bəydəmirli müraciət əsasında araşdırmaya cəlb edilib - DİN

Gündəm Materials 4 İyul 2023 23:37 (UTC +04:00)

Bakı. Trend:

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə vətəndaş N.Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti