...

İlon Maskdan əvvəl çinlilər bunu etdi (FOTO)

Gündəm Materials 14 İyul 2023 12:06 (UTC +04:00)
İlon Maskdan əvvəl çinlilər bunu etdi (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çində özəl kosmik şirkət metanla işləyən raketini orbitə çıxarıb.

Trend-in məlumatına görə, Gobi səhrasındakı “Jiuquan” peyk buraxılış mərkəzindən “Zhuque-2”ni kosmosa çıxaran şirkət missiyanın uğurla başa çatdığını açıqlayıb. Şirkət bundan əvvəl noyabr ayında “Zhuque-1” içərisində 14 peyklə partlayanda uğursuz bir giriş etmişdi.

Bu uğursuz missiyadan sonra “Zhuque-2” ilə yenidən orbitə çıxan “Landscape”, bu dəfə raketdə heç bir yük daşımadığını açıqlayıb. 49,5 metrlik raket 243 ton itələmə gücü istehsal edə bilən qaz generatoru mühərriklərinə malikdir. “Landspace” iddia edir ki, onun raketləri 6 tonluq yükü aşağı yer orbitinə və ya 4 tonluq faydalı yükü günəşlə sinxron orbitə daşıya bilir.

“Landscape” raketinin ən görkəmli xüsusiyyəti onun metandan yanacaq kimi istifadə etməsidir. Kosmik sənaye hazırda istifadə olunan maye hidrogen, kerosin və digər yanacaqlardan daha təmiz və təhlükəsiz olduğu deyilən metandan yeni nəsil raket yanacağı kimi istifadə etməyi düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti