...

Ata və üç övladının həlak olduğu qəzanın görüntüləri (VİDEO)

Gündəm Materials 19 Avqust 2023 10:13 (UTC +04:00)
Ata və üç övladının həlak olduğu qəzanın görüntüləri (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Şəkidə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı ölüb, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada ölənlər bir ailənin üzvü olublar.

Belə ki, qəzada ölənlər 34 yaşlı Nicat Mirzəyev və övladları 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev olub.

Uşaqların anası 31 yaşlı Nürəddin Mirzəyeva isə ağır dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzanın görüntülərini təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti