...

İsveç payızda NATO-ya üzv ola bilər

Gündəm Materials 25 Avqust 2023 01:56 (UTC +04:00)
İsveç payızda NATO-ya üzv ola bilər

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, İsveç 2023-cü ilin payızında rəsmən Alyansa qoşulacaq.

Trend-in məlumatına görə, o, bu barədə SVT telekanalına müsahibəsində bildirib.

İsveçin payızda Alyansa qoşulub-qoşulmayacağı ilə bağlı suala o, belə cavab verib: “Mən həmişə konkret tarixlərə çox diqqətli yanaşıram, amma optimistəm”.

SVT qeyd edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləməyə razılıq verib. Lakin Türkiyə parlamentinin yay tətili ilə əlaqədar iş səngiyib. Buna görə də İsveç oktyabrın 1-dək, türk parlamentarilərin işə qayıtdıqları vaxtadək gözləmək məcburiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti