...

Məhv edilən erməni hərbçilərin adları açıqlandı (YENİLƏNİB)

Gündəm Materials 1 Sentyabr 2023 16:11 (UTC +04:00)
Məhv edilən erməni hərbçilərin adları açıqlandı (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.

Trend xəbər verir ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır.

xxx

11:19

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi də məlumatı təsdiq edib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti