...

Qiymət baha, ev yox - Bakıda oğlan tələbələrə niyə kirayə mənzil verilmir?

Gündəm Materials 11 Sentyabr 2023 13:42 (UTC +04:00)
Qiymət baha, ev yox - Bakıda oğlan tələbələrə niyə kirayə mənzil verilmir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ali məktəblərdə yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Tələbələrin paytaxta axın etməsi ilə əlaqədar kirayə bazarında canlanma müşahidə olunur. Belə ki, artıq paytaxtın kirayə evlərində qiymətlərin artması müşahidə olunur. Qiymətlərin bahalaşması ilə yanaşı, oğlan tələbələr ev tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, avqust ayının sonlarından oktyabrın əvvəllərinədək kirayə mənzil bazarında ev tapmaq müşkülə çevrilir.

"Əsasən, 500 manata qədər olan kirayə mənzillər, demək olar ki, hazırda bazarda yoxdur. Olan evlərin də şəraiti pis və yeri uzaqdır. Ev sahibləri oğlan tələbələrə kirayə mənzil verməkdən çəkinirlər. Ev sahibləri evlərində səs-küyün olmasını istəmirlər və evi təmiz şəkildə saxlamaq istəyirlər.

Bu səbəbdən də qız tələbələrə üstünlük verirlər. Oğlanların çoxu fərqlidir. Dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Belə olduqda oğlanlar birləşib şəhər kənarından mənzli kirayələyirlər. Əhalinin mənzil fondunun 17%-i hazırda kirayəyə verilir. Bunun da üçdə biri tələbələrə kirayə verilir", - deyə o qeyd edib.

Qeyd edək ki, bir çox ali məktəblərin yataqxana problemi bu ildə də qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti