Bakı. Trend:
Fərdi məlumatları daimi olaraq işlətmək və saxlamaq hüququnuz yoxdur.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin prinsiplər bunlardır:
Fərdi məlumatları…
1) Əldə etdiyiniz andan etibarən mühafizə edin;
2) İşlənmə məqsədinə nail olduqda və saxlanılma zərurəti aradan qalxdıqda məhv edin;
3) Sahibinin razılığı olmadan üçüncü şəxslərlə paylaşmayın.