...

“Meta”-dan qeyri-adi YENİLİK - İnsan beynindən gələn siqnallardan görüntü yaratmağa başlayır

Gündəm Materials 26 Oktyabr 2023 11:51 (UTC +04:00)
“Meta”-dan qeyri-adi YENİLİK - İnsan beynindən gələn siqnallardan görüntü yaratmağa başlayır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” qeyri-adi bir yenilik etdiyini və insan beynindən gələn siqnallardan istifadə edərək görüntü yaratmaq qabiliyyətini inkişaf etdirdiyini açıqlayıb.

Trend-in məlumatına görə, şirkət süni intellekt və maqnitoensefaloqrafiya (MEG) texnologiyası sayəsində insanların gördükləri təsvirləri düşüncələrə çevirə bilən sistem üzərində işləyir. Maqnetoensefaloqrafiya beyin neyronlarının fəaliyyətinin yaratdığı maqnit sahələrini ölçməklə beyin fəaliyyətini göstərən neyrofizioloji müayinə üsuludur.

Bu texnologiyadan istifadə edərək, “Meta” istifadəçilərin gördükləri təsvirlərin beyinlərində necə işləndiyini və şərh edildiyini anlamaq üçün onların beyin siqnallarını izləyir.

Bu yenilik insanın gördüyü fotonu düşündüyü konsepsiyaya çevirə bilən xüsusi alqoritm sayəsində baş verir. Məsələn, bir şəxsə göstərilən fotoşəkilin sol tərəfi sağ tərəfdəki şəkil ilə qarşılaşdırılacaq, şəxsin real vaxtda düşüncələrinin vizual təsvirini təmin edir.

Maqnitoensefaloqrafiya texnologiyasının mövcud məhdudiyyətləri səbəbindən bu sistem hələ mükəmməl nəticələr verə bilməsə də, beynin siqnallarını oxuyaraq təsvirlər yaratmaq qabiliyyəti gələcəkdə böyük potensiala malikdir.

“Meta”nın CEO-su Mark Zukerberq və həyat yoldaşı Priscilla Chan sağlamlıqla bağlı mühüm bir addım atdılar və Chan Zuckerberg Təşəbbüsü (CZI) tərəfindən hazırlanmış nəhəng kompüter/server sistemi sərmayəsi ilə diqqət çəkdilər.

Bu sistem bütün xəstəliklərin müalicəsinə və ya qarşısının alınmasına töhfə verəcək yeni kəşflərə yol açaraq, sağlamlıq sahəsində tədqiqatlara böyük dəstək vermək məqsədi daşıyır.

“Meta”nın beyin siqnalları ilə təsvirlər yaratmaq texnologiyası texnologiya dünyasında mühüm dönüş nöqtəsi ola bilər və beyinlə əlaqəli kompüter sistemlərinin gələcəyini işıqlandıra bilər. Bu texnologiyanın nə vaxt və necə istifadəyə veriləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti