Bakı. Trend:
“Facebook” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Trend onların bəzisini təqdim edir:
Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) Mütəmadi olaraq təhlükəsizlik yoxlanışı edin;
2) Naməlum kompüter və ya mobil cihaz hesabınıza daxil olduqda xəbərdarlıq bildirişi alın;
3) Şifrənizi mühafizə edin;
4) Hesabınızın şifrəsini digər hesablarda istifadə etməyin və başqa şəxslərlə paylaşmayın;
5) Hesabınız üçün mürəkkəb və unikal şifrələrdən istifadə edin;
6) İkimərhələli təsdiqləmə funksiyasını aktiv edin;
7) Tanımadığınız kompüter və ya mobil cihaz hesabınıza daxil olmağa çəhd etdikdə “Facebook” sizdən xüsusi giriş kodu daxil etməyinizi və ya giriş cəhdinizi təsdiqləməyinizi istəyəcək. Bununla da hesabınız daha təhlükəsiz olacaq.