...

Bakıda "taxta bazarı"nda açıq alov mənbələri söndürüldü (FOTO/VİDEO) (YENİLƏNİB)

Gündəm Materials 23 Noyabr 2023 13:06 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

09:57

Bakıda "taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti