...

Zəngilanda minalar və silahlar aşkarlanıb (FOTO)

Gündəm Materials 24 Noyabr 2023 09:34 (UTC +04:00)

Bakı. Trend:

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti