...

Səfirliyimizə hücum edən şəxsin məhkəməsi keçirilib (FOTO)

Gündəm Materials 27 Yanvar 2024 19:14 (UTC +04:00)
Səfirliyimizə hücum edən şəxsin məhkəməsi keçirilib (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tehranda Azərbaycanın Səfirliyinə hücum edən şəxsin (Yasin Hüseynzadə) məhkəməsi vəkillərinin iştirakı ilə keçirilib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.

Məhkəmə iclasında Azərbaycan Səfirliyinin bir neçə diplomatı da iştirak edib.

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.
İttiham aktına əsasən Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs odlu silahdan istifadə etməklə Səfirlik binasında Azərbaycan vətəndaşlarından birini qəsdən qətlə yetirməkdə, Səfirliyin iki diplomatını yaralamaqda, bir ədəd “Kalaşnikov” avtomatı və bir ədəd tapançanı qanunsuz saxlamaqda, ictimai asayişi pozmaqda ittiham olunur.
İttiham aktı oxunduqdan sonra müttəhim və onun vəkili müdafiə çıxışı edib.

Sonda hakim cinayət işi üzrə icraatın başa çatdığını elan edib və Məhkəmə Sədri qanuni zaman çərçivəsində qərarın veriləcəyini bildirib.

Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti