...

ADA Universitetində Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının əsasının qoyulması və Avropa Təhsil Araşdırmaları Assosasiyasına üzvlüyünün elan olunması ilə bağlı tədbir keçirilib

Gündəm Materials 21 Fevral 2024 15:55 (UTC +04:00)
ADA Universitetində Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının əsasının qoyulması və Avropa Təhsil Araşdırmaları Assosasiyasına üzvlüyünün elan olunması ilə bağlı tədbir keçirilib

Bakı. Trend:

21 fevral 2024-ci il tarixində ADA universitetində Azərbaycanın bir neçə universitetini təmsil edən bir qrup təhsil araşdırmaçısının təşəbbüsü ilə Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının yaradılması və Avropa Təhsil Araşdırmaları Assosasiyasına Üzvlüyünün elan olunması ilə bağlı Avropa Təhsil Tədqiqatları Assosasiyasının prezidenti Professor Marit Honerød Hoveid və vitse prezidenti Professor Lucian Ciolanın da iştirakı ilə görüş keçirildi. Görüşdə Azərbaycanın təşkilatda təmsili və Avropa assosasiyası ilə gələcək əməkdaşlıq müzakirə olundu.

Tədbiri açıq elan edən Azərbaycan Təshil Araşdırmaları Assosasiyasının prezidenti Cavid Cəfərov bu tədbir və Avropa assosasiiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verdi.

ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Elkin Nurməmmədov qonaqları salamlayaraq ölkədəki insan kapitalının inkişafı üçün bu cür əməkdaşlığın önəmini vurğuladı. Daha sonra ADA Universiteinin strategi İnkişaf üzrə Prorektoru Vəfa Kazdal Azərbaycanda təhsil araşdırmalarının önəmindən bəhs edib.

ADA Universitetinin Təhsil Fakültəsinin deknaı Ülviyyə Mikayılova bildirib ki, təhsil araşdırmaları bilavasitə cəmiyyətin inkişafına xidmət edir.

Qonaqları salamlayan və Azərbaycan Təhsil Araşdırmaları Assosasiyası ilə gələcək əməkdaşlıqdan ümidli və sevincli olduğunu qeyd edən Avropa Təhsil Araşdırmaları Assosasiyasının prezidenti Professor Hoveid Avropa assosasiyasının təhsil araşdırmaları üzrə gördüyü işlərdən qısaca söz açdı və təhsil araşdırmalarının cəmiyyətə necə töhfə verəcəyindən bəhs etdi. Daha sonra Avropa assosasiyasının vitse prezidenti Professor Lucian təhsil araşdırmaçılarının beynəlxalq icmasına qoşulmaqla, ölkənin əldə edə biləcəyi vacib imkanlardan danışdı.

Xəbər lenti

Xəbər lenti