...

Prokuror protest verdi, məhkəmə zalında həbs olundu

Gündəm Materials 22 Fevral 2024 15:34 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Rüstəmov Məhəmməd Mahmud oğlu məhkəmə zalından həbs olunub.

Trend xəbər verir ki, M.Rüstəmov 388 min manat vergi borcunu ödməkdən yayınmaqda təqsirləndirilib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevin sədrliyi ilə keçirilən iclasda onun barəsində Ağcabədi Rayon Məhkəməsinin hökümü dəyişdirilib.

Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə M.Rüstəmov 3 il azadlıqdan məhrum edilib

Qeyd edək ki, M.Rüstəmov daha əvvəl Ağcabədi Rayon Məhkəməsinin hökümü ilə CM-in 70-ci maddəsi tədbiq edilərək, 3 il sınaq müddəti ilə məhkum edilmişdi. Lakin daha sonra dövlət ittihamçısı tərəfindən qərardan apellyasiya protesti verilib.

Xəbər lenti

Xəbər lenti