...

Baş Prokurorluğun rəhbərliyi "Ana harayı" abidəsini ziyarət edib (FOTO)

Gündəm Materials 26 Fevral 2024 15:09 (UTC +04:00)

Bakı. Trend:

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi "Ana harayı" abidəsini ziyarət edib.

Trend xəbər verir ki, abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıblar.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xəbər lenti

Xəbər lenti